Virciniya ştatında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki ofisinə oğru girib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət ştatının Eşbern şəhərindəki seçki ofisindən gedir.
Oğurluğun Trampın seçki kampaniyası tərəfindən icarəyə götürülən ofisdə baş verdiyi, şübhəlinin bir şey oğurlayıb-oğurlamadığının araşdırıldığı qeyd olunub.
Polis araşdırmalara başlasa da, Trampın seçki komandası hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Zərifə Nağıyeva