Almaniya prokurorluğu "Şimal axını" partlayış işi ilə bağlı həbs qərarı verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya hakimiyyəti tərəfindən axtarışda olan ukraynalı dalğıc təlimatçısı Vladimir S. hələ də Polşada yaşayırmış. Almaniya prokurorluğu şübhəlinin həbsini asanlaşdırmaq üçün polşalı həmkarlarına müraciət edib. Onun həbsinə order verilib.
Qeyd edək ki, “Şimal axını” qaz kəmərləri Baltik dənizi vasitəsilə Almaniyaya keçir. “Şimal axını 1” qaz kəmərinin hər iki xətti, eləcə də “Şimal axını 2”nin iki xəttindən biri 2022-ci ildə partlayışlar nəticəsində zədələnib. Rusiya və Qərb hadisəni törətməkdə bir-birilərini günahlandırıblar.