"Meta"nın qurucusu olan Mark Zukerberq sosial media hesabındakı paylaşımı ilə gündəmə gəlib.
"Unikal" xəbər verir ki, milyarder həyat yoldaşı Priskilla Çanın heykəlini hazırladıb.
Bildirilib ki, heykəl Daniel Arşam tərəfindən hazırlanıb və üç uşaq anası Çanı küləkdə əsən gümüş paltarda təsvir edilib.
Zukerberq "Biz həyat yoldaşına heykəl qoymaq ənənəsini geri qaytarırıq",- deyə qeyd edib.
Çan isə heykəlini "Mənim üçün heç vaxt darıxmayacaqsan",- qeydi ilə paylaşıb.
Zərifə Nağıyeva