Novosibirsk vilayətində “Rosqvardiya”nın rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Kobalt-2024” xüsusi təliminin açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Təlimlərdə qüvvə və əməliyyat vasitələrinin qruplaşdırılmasının yeni forma və üsulları mənimsəniləcək, yeni silah və hərbi texnika nümunələri, habelə pilotsuz uçuş aparatlarından və kəşfiyyat vasitələrinin tətbiqinin taktiki fəndləri yoxlanılacaq.
Tədbirdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın maraqlı nazirlik və idarələrinin nümayəndələri iştirak edirlər.
Ermənistan hərbi təlimlərdə iştirak etmir.
Ağarza Elçinoğlu