"Rusiyaya münasibətimin səbəbi guya “Rusiya agenti” olmağım deyil". 

"Unikal" xəbər verir ki, bu barədə Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib. 

O, Rusiya ilə münasibətlərin saxlanmasının vacibliyindən danışıb: "Əminəm ki, Rusiya ilə münasibətlər Serbiyanın qorunub saxlanmasında əsas rol oynayır. Rusiya yüz illik sınaqlara tab gətirə bilməsəydi, Serbiya da mövcud olmazdı. Bugünkü münaqişə Rusiya üçün pis başa çatsa, Rusiya zəifləsə və ya məhv edilsə, Serbiyanın sağ qalacağını ciddi düşünən varmı? O, sadəcə olaraq mövcud olmağı dayandıracaq. Seçimimiz yoxdur, ona görə də siyasətimi dəyişmək fikrində deyiləm". 

Ağarza Elçinoğlu