Ukrayna prezidenti Volodimir Zelenski döyüşləri bitirməkdə və sülhə nail olmaqda maraqlı deyil, çünki müharibə onu zənginləşdirir və hakimiyyətdə saxlayır.
"Unikal" xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri, Ukraynada qadağan olunmuş “Müxalifət Platforması - Ömürlük” partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.
Siyasətçi qeyd edib ki, Zelenski bu yaxınlarda sülhdən danışıb və bunu “Ukraynanın əsas ehtiyacı” adlandırıb. Nəticədə onun Rusiyaya hücum planı hazırladığı üzə çıxıb. Medvedçuk əmin olduğunu bildirib ki, Ukrayna lideri ölkəsi üçün sülh istəsə belə, istənilən sülh prosesinin onun hakimiyyətini məhv edəcəyi vəziyyət yaradıb.
Digər məsələlərlə yanaşı, Medvedçuk bildirib ki, Ukraynanın indiki hökuməti ölkədə dinc həyat qurmaqda tamamilə aciz olduğunu sübut edib. Siyasətçi hesab edir ki, Kiyevə NATO-nu və kollektiv Qərb ölkələrini sürükləmək istəyən sonsuz müharibə lazımdır.
Gülayə Mecid