Avqustun 14-də seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasından Milli Məclisə deputatlığa namizədliyi qeydə alınmış Ağalar Vəliyevin Xaçmazda yaşayan şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirilib.
"Unikal" xəbər verir ki, deputatlığa namizəd Ağalar Vəliyev iştirakçıları seçki platforması ilə tanış edib, millət vəkili seçiləcəyi təqdirdə həllini prioritet hesab etdiyi məsələlərdən, üzərinə düşəcək vəzifələrdən danışıb.
Prezident İllham Əliyevin və Mehriban xanım Əliyevanın rəhbərliyi altında dövlət tərəfindən həssas əhali qruplarına, xüsusən də şəhid ailəsi üzvləri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Namizəd qeyd edib ki, seçicilərin etimadını qazanaraq yeni formalaşdırılacaq Milli Məclisdə ərazi üzrə yaşayan şəhid ailəsi üzvlərinin, Vətən müharibəsi iştirakçılarının sosial təminat hüquqlarını, qarşılaşdıqları problemləri daim nəzarətdə saxlayacaq.
Görüş şəhid valideynlərinin çıxışları ilə davam edib. Onlar yeni seçiləcək millət vəkilinə böyük ümid bəslədiklərini diqqətə çatıdırıb və seçki marafonunda A. Vəliyevə uğurlar arzulayıblar.