UEFA Superkuboku uğrunda matç başa çatıb.

"Unikal" xəbər verir ki, İspaniyanın "Real Madrid" və İtaliyanın "Atalanta" komandalarının qarşılaşdığı oyun Varşavanın (Polşa) "Narodovı" stadionunda keçirilib.

Beləliklə, ispan klubu tarixində altıncı dəfə Superkuboka yiyələnməklə rekorda imza atıb. İspaniyanın "Barselona" və İtaliyanın "Milan" kollektivləri isə hərəyə beş dəfə bu uğura imza atıblar.