Türkiyənin “Trabzonspor” komandası bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, “bordo-mavililər” Alyanz Stadionunda Avstriyanın “Rapid” (Vyana) klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Komandalar arasında ilk görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Trabzonspor” bu raundu keçərsə, pley-off mərhələsində “Braqa” (Portuqaliya) - “Servett” (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.