Eqo əslində hər bir insanın xarakterində mövcuddur. Ancaq bəzi bürclər vardır ki, onlarda bu daha çoxdur.

"Unikal" ən eqoist 3 bürcü təqdim edir:

Şir:

Mübaliğəni sevən və özünə gəldikdə heç kimə söz haqqı verməyən bu bürcün nümayəndələri, eqo deyildikdə ilk ağla gələn bürclərdən biridir. Bunu tarazlıqda saxlayanlar uğur qazanır, lakin ifrata varanlar isə dostluq kimi münasibətlərdə çətinlik çəkirlər.

Qoç:

Qoç yüksək eqolu bürclərdən biridir, onlar heç kəsi asanlıqla bəyənmirlər. Bu bürcün nümayəndələri hər zaman, hər şəraitdə özünə güvənir və üstünlüyünü göstərməyə çalışırlar. Bunu eqo savaşına aparan Qoçlar heç vaxt bəyənilmir. Amma eqosunu kənardakılara yansıtmayanlar və ya tarazda saxlayanlar həmişə liderdir.

Əkizlər:

Əkizlər zəkalarına çox güvənirlər. Sarkazmını zəkaları ilə birləşdirəndə onlar dözülməz olurlar. Onlar eqoistlik dedikdə ağla gələn ilk bürclərdəndir.

Zərifə Nağıyeva