Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Altınözü rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 25.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələ Suriyada da hiss olunub.