Ağstafa rayonunun Poylu qəsəbəsində maskalı şəxslər tərəfindən evə basqın olub.
"Unikal" xəbər verir ki, vətəndaş Təranə Əliyevaya məxsus evdən pul oğurlayan naməlum şəxslər ərazidən uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.