Komandamız əlindən gələn hər şeyi etdi. Təəssüflər olsun ki, bu dəfə də alınmadı.

"Unikal" xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandasına 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis komandasının İrlandiya klubundan daha yaxşı çıxış etdiyini söyləyib: "Çox çalışdıq, bəzi situasiyalarda rəqibdən üstün olduq. Lakin bəxtimiz gətirmədi. İlk oyunda olduğu kimi bu dəfə də qırmızı vərəqə aldıq. Belə turnirlərdə 10 nəfərlə mübarizə aparmaq çox çətindir. Məqsədimiz qrupda qalmaq idi, amma işlər istədiyimiz kimi getmədi".

Qeyd edək ki, ilk görüşdə də minimal üstünlüklə qalib gələn “Sent Patriks” adını pley-off mərhələsinə yazdırıb. “Sabah” isə avrokuboklarla vidalaşıb.