Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda çap olunan tarix dərsliyinin “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” fəslinin təxribat xarakterli olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə diplomatik qurumun məsələ ilə bağlı şərhində deyilir.
“Söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir. 1826-1828-ci illər Rusiya müharibəsinin nəticələri təhrifə məruz qalıb və Türkmənçay sülhü Şərqi Ermənistanın “ilhaqı” kimi qeyd edilib”, - nazirlik vurğulayıb.
Moskva Ermənistan hakimiyyətinin ümumi keçmişi təhrif etmək cəhdlərinə “göz yummayacağını” və 18-ci illərin sonları -19-cu əsrin əvvəlləri Cənubi Qafqazda baş vermiş hadisələri təhrif edən 8-ci sinif tarix dərsliyinin məktəblərə verilməsinə icazə verməyəcəyini gözləyir.