"Avroviziya"nın ölkəmizdəki rəsmi yayımçısı İctimai TV bu il keçiriləcək 22-ci "Uşaq Avroviziya" mahnı müsabiqəsində Azərbaycanın iştirak etməyəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, yayımçı kanaldan bu barədə açıqlama edib.
Açıqlamada "Ölkəmizdə müsabiqəyə marağın az olması, əvvəlki illərdə iştirak zamanı çəkilən xərclərin və reytinq nəticələrinin gözlənilən nəticəni verməməsi səbəbindən, bu il müsabiqədə iştirak etməmək qərara alınıb. Gələcəkdə uyğun namizəd olduğu təqdirdə, iştirakla bağlı planlar yenidən nəzərdən keçirilə bilər" ifadələrindən istifadə edilib
Qeyd edək ki, müsabiqə 16 noyabr tarixində İspaniyanın Madrid şəhərində baş tutacaq.