Kral III Çarlz qardaşı, Şahzadə Endryunu Kral Loja malikanəsindən qovub.
"Unikal" "The Sun" nəşrinə istinadən xəbər verir ki, Kral, hətta qardaşının şəxsi mühafizəçilərini də işdən çıxarıb. Məlumata görə 10 nəfərlik təhlükəsizlik qüvvələri oktyabrda mülkü tərk etməlidir. Şahzadə Endryu hazırda keçmiş həyat yoldaşı Sara Ferqyusonla birlikdə iqamətgahda yaşayır.
Məlum olub ki, kral uzun müddətdir ki, kral ailəsinin reputasiyasını ləkələyən qardaşını 31 otaqlı malikanədən qovmağa çalışırmış. Növbəti addım olaraq o, "York Hersoqu"nun illik 4 milyon funt-sterlinq ödənişindən məhrum ola bilər.
Gülayə Mecid