Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yaşıl dünya naminə həmrəylik ili”nin çağırışlarına uyğun fəaliyyətini davam etdirir.
"Unikal" xəbər verir ki, bu gün Agentlikdə “Elof Hanson Clean Tech” şirkətinin mütəxəssislərilə görüş olub.
Peşəkar şirkətlə Bakı və Abşeron yarımadasının ehtiyatı tükənmiş faydalı qazıntı yataqlarında planlaşdırılan rekultivasiya tədbirləri müzakirə edilib. Agentlik rəhbərliyi Abşeron yarımadasında istismarı bitmiş mədənlərin rekultivasiyaya yaralı sahələri barədə məlumatları bölüşüb. Yarımadanın “Maştağa”, “Ramana”, “Şahinbağ” əhəngdaşı və “Qırməki” kvars qumu yataqlarında istismardan sonrakı vəziyyətə baxılıb. Rekultivasiyaya yararlı sahələrdə planlaşdırılan abadlıq layihələri həm ekoloji mühitə, həm də paytaxtın sosial həyatına müsbət təsirləri baxımından zəruri qiymətləndirilib. İndiyədək icra edilən yaşıllaşdırma layihələrinə baxılıb, perspektiv üçün təkliflər dinlənilib.