Rusiya Baş Prokurorluğu Hollivud aktyoru Corc Kluni fondunun Rusiya Federasiyasındakı fəaliyyətini arzuolunmaz hesab edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"ABŞ-nin "Clooney Foundation for Justice" qeyri-hökumət təşkilatının fəaliyyəti ölkəmizdə arzuolunmaz kimi tanınır. QHT Nyu-Yorkda özünü beynəlxalq hüquq sahəsində vəkil hesab edən aktyor Corc Kluni və həyat yoldaşı tərəfindən təsis edilib", - Rusiya Baş Prokurorluğunun məlumatında qeyd olunub.
Gülayə Mecid