Astroloqlar 19 avqust 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Bu gün gələcək gözləntilərinizlə mübarizə apara bilərsiniz. Həyatınızla bağlı planlar qura bilərsiniz. Gün ərzində fikirlərinizi ifadə etmək sizin üçün vacib ola bilər. Sosial məsələlər gündəminizi zəbt edə bilər. İşinizlə bağlı ətrafınızdakı insanların dəstəyini hiss edəcəksiniz.

Buğa:
Bu gün gələcək planlarınızı qurmaq üçün iş həyatınızda başqaları ilə görüşə bilərsiniz. Ön planda olmaq üçün daha aktiv olmalısınız. İşinizi optimallaşdırmağa cəhd edəcəksiniz. Rəhbərlərinizlə ünsiyyətiniz əhəmiyyətli ola bilər. Məsul olduğunuz məsələlərdə fikrinizi sona qədər müdafiə etmək istəyə bilərsiniz.

Əkizlər:
Bu gün özünüzü yeniliklərə açıq hiss edəcəksiniz. Daha çox şey kəşf etmək üçün yeni başlanğıclar etmək istəyə bilərsiniz. İş həyatınızda məsul olduğunuz vəzifələr üçün mübarizə aparmalı ola bilərsiniz. Texniki məsələlər ön planda olacaq.

Xərçəng:
Gün ərzində narahat olduğunuz məsələlərlə bağlı tədbir görmək istəyə bilərsiniz. Bu vəziyyət sizi stresə sala bilər. Öz ideologiyalarınızı ifadə etməyə meylli olacaqsınız. Hadisələrin gedişatına nəzarət etməkdə çətinlik çəkə bilərsiniz. Səlahiyyətli şəxslərlə görüşəcəksiniz.

Şir:
Bu gün ikitərəfli münasibətlərinizlə maraqlana bilərsiniz. Qarşı tərəfə özünü ifadə etmək vacib ola bilər. Yaşadığınız hadisələrlə bağlı balans yaratmaq istəyə bilərsiniz. Sizi narahat edə biləcək məsələlərdə diqqətli olmalısınız. Məsul olduğunuz işdə əlinizdən gələni etməyə çalışa bilərsiniz.

Qız:
İş həyatınızda həmkarlarınızla ortaq məxrəcə gələ bilərsiniz. Uğur qazanmaq üçün mübarizə aparmağınız lazım gələ bilər. Ünsiyyət məsələlərində qəfil dəyişikliklər yaşayacaqsınız. Sizi yoran məsələlərdə diqqətli olmalısınız.

Tərəzi:
Bəzi işlərinizi sürətləndirmək üçün yaradıcılığınızdan istifadə edə bilərsiniz. Münasibətlərinizdə özünüzü ifadə edə biləcəyiniz bir gündəsiniz. Gözəl şeylərə maliyyə sərf edə bilərsiniz. Məsul olduğunuz məsələlərdə daha asan risk alacaqsınız. Uşaqlarınızla vaxt keçirə bilərsiniz.

Əqrəb:
Gün ərzində ailəvi problemləriniz ola bilər. Ev həyatınızla bağlı inkişaflar yaşaya bilərsiniz. Məsul olduğunuz mövzuları təkmilləşdirməyə çalışa bilərsiniz. Rəhbərlərinizlə ünsiyyətiniz inkişafınız üçün vacib ola bilər. Bəzi məsələlərdə alternativ planlar qura bilərsiniz.

Oxatan:
Bu gün gündəminiz məşğul ola bilər. Söhbətlərin və yazışmaların sizə təsir etdiyi bir gündəsiniz. Ətrafınızdakı insanlara daha çox diqqət yetirə bilərsiniz. Maraqlandığınız mövzularda uğur qazanmağınız vacib ola bilər.

Oğlaq:
Gün ərzində gəlirinizlə bağlı dəyişikliklər gündəminizdə ola bilər.Xərclərinizi nəzarət altında saxlamaq istəyə bilərsiniz. İş həyatınızda dəstəklədiyiniz mövzular ola bilər. İstedadlarınızdan istifadə edəcək işə daha çox vaxt ayırmaq istəyə bilərsiniz. İşinizlə bağlı mövzularda təlim ala bilərsiniz.

Dolça:
Bu gün sizin üçün vacib olan məsələlərə vaxt ayıra bilərsiniz. İşinizlə bağlı yeni planlarınız ola bilər. Texniki məsələlərlə maraqlana bilərsiniz. Məsul olduğunuz məsələdə əlinizdən gələni etməyə çalışaqsınız. 

Balıqlar:
Gün ərzində gizli qalmış məsələlər tarazınızı poza bilər. Bəzi hadisələri qəbullanmaq sizi rahatlaşdıra bilər. Məsul olduğunuz məsələlərdə fikrinizi müdafiə etmək istəyə bilərsiniz. Gün ərzində sakit qalmağa çalışın. Məsul olduğunuz məsələlərdə səy göstərə bilərsiniz.

Zərifə Nağıyeva