Ölkənin ən çox namizəd qeydə alınmış dairələrindən biri olan 8 saylı Binəqədi birinci seçki dairəsində namizədlər ard-arda seçicilərlə görüşlər keçirirlər. Bu dairə ictimai rəy sorğularında da ən aktiv iştirakçı payına sahib seçki dairəsi olaraq seçilməkdədir.

"Unikal" xəbər verir ki, "BakuPost" media orqanı 125 seçki dairəsi üzrə vətəndaşların onlayn sorğusunu təşkil edir.

Bu sorğuda da digər dairələrlə müqayisədə seçici fəallığı olduqca yüksək görünür. Hazırki vaxtadək sorğuda 8563 sayda respondent iştirak edib. Nəticələrə əsasən, sorğuda iştirak edənlərin əksəriyyəti Gələcək Azərbaycan Partiyasının sədri və deputatlığa namizədi Ağasif Şakiroğlunun namizədliyini müdafiə edir. Sorğunun favoriti olan Ağasif Şakiroğlu hələ ki, aktiv seçki kampaniyasına start verməmiş və seçicilərilə dairə ərazisində heç bir görüş keçirməyib. Bütün bunlara baxmayaraq isə öndədir. 

Sorğunun nəticələrini çoxdan aza doğru sıralanma ilə oxucularımıza təqdim edirik: 

1. Ağasif Şakiroğlu - Gələcək Azərbaycan Partiyasının sədri və müdafiə etdiyi namizədi - TOPLADIĞI SƏS SAYI - 2046

2. Quliyev Azay Əjdər oğlu - bitərəf deputatlığa namizəd - TOPLADIĞL SƏS SAYI - 1756 

3. Mirzəyeva Həcər Niyazi qızı - Yeni Azərbaycan Partiyasının namizədi - TOPLADIĞI SƏS SAYI - 1656 

4. Salmanlı Elməddin Süleyman oğlu - öz təşəbbüsü ilə namizəd olmuş bitərəf - TOPLADIĞI SƏS SAYI - 1280

5. Cabbarlı Aydın Adil oğlu - öz təşəbbüsü ilə namizəd olmuş bitərəf - TOPLADIĞI SƏS SAYI - 533

6. Daşdəmirli Sənan Rafiq oğlu - Milli Cəbhə Partiyasının namizədi - TOPLADIĞI SƏS SAYI - 397

7. Hacılı Mustafa Mustafa oğlu - Müsavat Partiyasının namizədi - TOPLADIĞI SƏS SAYI - 365

8. Sarıxanlı Mehrac Mahir oğlu - öz təşəbbüsü ilə namizəd olmuş bitərəf - TOPLADIĞI SƏS SAYI - 206

9. Kərimzadə Songül Subhi qızı - öz təşəbbüsü ilə namizəd olmuş bitərəf - TOPLADIĞI SƏS SAYI - 125

10. Qulami Tamilla Famil qızı - Ümid Partiyasının namizədi - TOPLADIĞI SƏS SAYI - 92

11. Rəhimov İlkin Oruc oğlu - öz təşəbbüsü ilə namizəd olmuş bitərəf - TOPLADIĞI SƏS SAYI - 61

12. Əliyev Rəşid Ərşad oğlu - Klassik Xalq Cəbhəsi Partiyasının namizədi - TOPLADIĞI SƏS SAYI - 47