Son dövlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların estetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin Aparatında bu gün keçirilən ərazi reklam idarələri rəislərinin iclasında məlumat verilib.
Agentliyin Aparatının rəhbəri Nahid Qasımov və İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun iştirakı ilə keçirilən görüşdə İdarə Heyəti sədrinin ötən üç ay ərzində verdiyi tapşırıqların icra vəziyyətinə baxılıb, gələcək hədəflər müəyyənləşdirilib.
Qeyd olunub ki, Bakı ilə yanaşı regionlarda da Agentliyin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklərin müəyyən hissəsi həllini tapıb. Digər çatışmazlıqların həllinin sürətləndirilməsinin vacibliyi bildirilib. Vurğulanıb ki, son dövlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların esetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb.
Mərkəzi küçələrdə yerləşən açıq məkandakı reklamların yeni eskizləri hazırlanaraq sahibkarlara təqdim edilib. Bu işlər hazırda mərhələli şəkildə davam etdirilir.
İclasda açıq məkanda reklam yerləşdirilərkən şəhərlərin estetik görünüşünə diqqət yetirilməsinin, reklamlarda dövlət dilinin istifadəsinə dair tələblərə əməl olunmasının vacibliyi bir daha vurğulanıb.