Bəzi məmurların daha bir qeyri-adi hiyləsi
Onlar başqa və ya qondarma adlarla hansı "əməliyyat"ı həyata keçirirlər?
Azərbaycanda bəzi məmurların öz maraqları naminə qurduqları oyunlar bitmək bilmir. Üstəlik, onlar elə variantlardan istifadə edirlər ki, belə vəzifəli şəxslərin bu fərasətinə heyrətlənməmək mümkün olmur. Xalqa xidmətdə can çəkən belələri öz mənfəətləri uğrunda elə qeyri-adi hiylələrə, üsullara əl atırlar ki, onlarda bu bacarığın hardan oldğuna istər-istəməz, təəccüblənirsən.
Bəzi məmurlarımızın özünəməxsus hiyləgərliyinə dair daha bir iddia ortaya çıxıb. Belə ki, həmin iddiaya görə, bir çox hallarda bəzi məmurlar başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla təsərrüfat subyektlərinin və maliyyə kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil ola bilirlər.
Nəticədə külli miqdarda kredit və ya subsidiyanın mənimsənilməsinə nail olurlar. İstəklərinə çatmaq üçün bəzi harınlamış məmurlar hətta öz səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə digər dövlət orqanlarının fəaliyyətinə qanunsuz müdaxilə etməkdən belə çəkinmirlər. Bununla qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək imkanı əldə edirlər.
Nəticədə sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək şansı yaranır. Bununla qanuni fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaradılır.
Xatırladaq ki, reallıqda korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Lakin indiyə qədər belə qanunsuzluğa yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması çox az hallarda təsadüf edilir. Hətta korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları, eləcə də adi vətəndaşların müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilməsi mümkünsüz olur. Hansı ki, vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilməlidir.
Bəzi məmurlar isə qanunun bu tələblərinə əməl etməməkləri bir yana, yuxarıda yazdıqlarımızdan da göründüyü kimi, öz mənfəətlərini təmin etmək, "qaz vurub qazan doldurmaq" üçün ən müxtəlif variantlara əl atır, bu istiqamətdə adamı heyrətə salan "kəşf"lərə imza atmaqdan çəkinmirlər. Görəsən, bunun bir sonu olacaqmı?!
Günel Əkbər
Digər Xəbərlər
2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09

2025-02-27 17:16:34

2025-02-27 17:04:38

2025-02-27 16:32:32

2025-02-27 14:53:50

2025-02-27 14:52:52

2025-02-27 13:23:33
