Rusiya sanksiya siyahısına anti-Rusiya xəttini izləyən Böyük Britaniyanın beyin mərkəzləri və konsaltinq agentliklərinin 32 nümayəndəsini əlavə edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Londonun düşmənçilik cəhdlərində Böyük Britaniyada fəaliyyət göstərən bir sıra analitik mərkəzlər, konsaltinq agentlikləri və oxşar profilli digər strukturlar mühüm rol oynayır”, - deyə diplomatik xidmət qeyd edib.
Dərc edilmiş siyahıya doqquz struktur və 32 işçi daxildir.