Türkiyəli aktrisa Beril Pozamla aktyor Ersin Arıcının bu gün toyudur.

"Unikal" xəbər verir ki, cütlüyün xoş günündən görüntülər artıq sosial şəbəkədə paylaşılıb.

Açıq havada baş tutan mərasimə cütlüyün ailəsi, dostları və serialda rol alan Afra Saraçoğlu, Mert Ramazan Demir, Buçe Buse Kahraman və başqaları qatılıblar.