Müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib. 

"Unikal" xəbər verir ki, bununla bağlı sənətçi instaqramda məlumat yayıb.

Sanaliyeva bildirib ki, o artıq bir müddətdir naməlum şəxs tərəfindən yaşadığı binanın ətrafında davamlı şəkildə izlənilir: 

"Bəli, sözün əsl mənasında qapımda "manyak" yatır. Eyvana çıxa bilmirəm, eyvanın altında dayanır. Bloka girə bilmirəm, qaranlıq tərəfdən birdən-birə qarşıma çıxıb, məni qorxudur. Gördüyünüz bu maşınla hər gün eyvanımın altında dayanır. Hara gedirəmsə, bu şəxs məni izləyib, arxamca gəlir və məni izləyir. Uzun müddətdir ki, həyatımı belə yaşayıram". 

Müğənni yaşadığı binanın avtodayanacağında nəzarət kamerası tərəfindən gecə saat 01:00 radələrində qeydə alınan görüntüləri yayımlayıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Sevda Sanaliyevanın müraciəti ilə bağlı araşdırma aparılır.