Avstriyanın "Krems Özəl Dunay" Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, plastik butulkalardan içmək qan təzyiqinin artmasına səbəb ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə araşdırma "Bild" nəşrində dərc olunub.
Araşdırmalara görə, plastik butulkalardan içmək insan qanına təxminən beş qram mikroplastik daxil edir ki, bu da qan təzyiqin artmasına səbəb olur. Plastik şüşələrdən içməyən insanların qan təzyiqinin iki həftə sonra aşağı düşdüyü müşahidə olunub. Bunun qan dövranında mikroplastik hissəciklərin sayının azalması ilə əlaqədar olduğu ehtimal olunur.
Tədqiqatçılar bildiriblər ki, plastik butulkalarda qablaşdırılan içkilərdən çəkinmək, ürək-damar xəstəlikləri riskini şüşə və ya metal butulkalardan istifadə etməklə azaltmaq olar.
Zərifə Nağıyeva