Rusiyanın yeni informasiya oyunu
20:21 19-06-2013
İQTİSADİYYAT
Rusiyanın yeni informasiya oyunu
Azərbaycanın silah alması həqiqətdirmi?
Son zamanlar Ermənistanın Rusiyanı silahlandırdığı bir zamanda, Rusiya Azərbaycana silah satışınada qadağa qoymuşdu. Daha dəqiqliyi ilə desək əsasən qırıcı təyyarələrin satışına yasaq qoyuldu və bəyan edildi ki, digər sahələrə də yasaq tətbiq olunacaq. Amma belə bir ərəfədə Rusiya Müdafiə Nazirliyindən olan mənbə maraqlı məlumat verib.
Mənbənin sözlərinə görə, söhbət üç batalyon (94 ədəd) T -90C tankından, təxminən üç batalyon (təxminən 100 ədəd) piyada döyüş maşınları BMP- 3, bir divizion (18 ədəd) özüyeriyən artilleriya "Msta-C", 1 divizion (18 işəsalma qurğuları) yaylım atəşinin reaktiv sistemləri olan "Smerç", 1 divizion (18 ədəd) "Vena" özüyeriyən toplarından gedir. Mənbə Rusiya ilə Azərbaycan arasında bağlanan sazişin ümumi dəyərinin 700 milyon və yaxud təxminən 1 milyard dollar olduğunu bildirir.Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu açıqlama verib."Mən bu haqda heç bir söz deyə bilmərəm. Çünki məlumatsızam. Xəbərin doğru olub-olmadığını araşdırmaq lazımdır. Bu da sadə proses deyil. Bəzən elə şişirtmə informasiyalar dövriyyəyə buraxırlar ki, bunun həqiqətlə heç bir əlaqəsi olmur. Əlbəttə, Azərbaycanın Silahlı Qüvvələri öz potensialını möhkəmləndirmək üçün bütün mümkün vasitələrdən istifadə etmək haqqına malikdir. Torpaqlarımızın 20 %-i işğal altındadır. Onu erməni tapdağı altında qoya bilmərik. Ancaq nəzərə almaq lazımdır ki, tez-tez bu cür məlumatlara rast gəlirik. Və bu işdə Ermənistanın xüsusi canfəşanlığı daima görünür. Ermənistan pulsuz əldə etdiyi, böyük miqdarda olan silahları ört-basdır etmək üçün Azərbaycanı beynəlxalq aləmdə bu şəkildə diqqət mərkəzinə gətirmək məqsədi güdür. Mən bu məlumata bir neçə gün əvvəl Seyran Ohanyanın həyəcanlı şəkildə Azərbaycan durmadan silahlanır barədə verdiyi bəyanatının davamı kimi baxıram". Ekspertlərdə hesab edir ki, Rusiya hazırkı vəziyyətdə Azərbaycana bu qədər silah satmaz. Çünki hazırda Rusiyanın region siyasətində dayanan əsas priroriteti Azərbaycanla Ermənistan arasındakı balansı pozmaqdır. Bu səbəbdən də Ermənistan az qala pulsuz silahlanır. Digər tərəfdən Rusiya belə bir müqavilə bağlamağa hazır idisə, onda nədən qırıcı təyyarə satmaqdan imtina etdi? Halbu ki, bu Rusiya üçün iqtisadi baxımdan daha əlverişli idi. Məhz bunları nəzərə alan ekspertlər hesab edir ki, məlumat doğru deyil.Sadəcə ola bilər ki, Azərbaycan son bir neçə il ərzində bu qədər silah alıb. Bundan başqa, hazırda Ermənistan dünya ictimaiətində belə rəy yaratmağa çalışır ki, Azərbaycan tam hərbiləşmiş ölkədir və Rusiyada bu məsələdə Azərbaycana dəstək verir. Halbu ki, hazırda Rusiyanın siyasəti yuxarıda dediyimiz kimidir. Buna görə də hesab etmək olar ki, bu Rusiya ilə Ermənistanın bir yerdə həyata keçirtdikləri növbəti dezinformasiya savaşıdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20