Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.
O bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır:
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.