Sosial şəbəkələrdə Xətai rayonu 38 saylı şəhər poliklinikasında həkimin otağının baxımsız vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.
"Unikal"ın məlumatına görə, otağın bir ildən artıqdır ki, bu vəziyyətdə olduğu, şəraitsiz ortamda pasiyent qəbulunun həyata keçirildiyi qeyd olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hazırda poliklinikada təmir işləri aparılır:
"Poliklinika yaşayış binasının altında yerləşir. Bir neçə dəfə sözügedən endokrinoloji kabinet üst mərtəbələrdən su axıntısına məruz qalıb və təmir həyata keçirilib".