Keçən il “Time” jurnalı tərəfindən “İlin adamı” seçilən və dünya turnesi ilə tez-tez gündəmə gələn Taylor Svift, pop musiqisinin əfsanəvi adı Maykl Ceksonun rekordunu qırıb.
"Unikal" xəbər verir ki, amerikalı müğənni Vyana konsertlərini ləğv etdikdən sonra Londona gedib. Məşhur "Uembli" stadionunda təxminən 92 min azarkeşlə bir araya gələn ulduz "Eras" turu ilə yeni rekorda imza atıb.
Bu yay "Uembli" stadionunda 8 konsert verən müğənni 1988-ci ildə "Bad" turu ilə Maykl Ceksonun müəyyən etdiyi rekordu geridə qoyub.
Taylor Sviftin "Eras" adlı dünya turunu böyük ekrana gətirdiyi "Taylor Swift: The Eras Tour" filmi dünya üzrə 261,6 milyon dollar gəlir əldə edərək bütün zamanların ən çox qazanan konsert /sənədli filmi olub.
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun 2009-cu ildə verdiyi "This Is It" adlı sənədli filmi dünya üzrə 181,9 milyon dollar qazanıb.
"Dünyanın ən çox gəlir gətirən konsert filmi" adı indi Taylor Sviftə məxsusdur.
Gülayə Mecid