Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir neçə gün əvvəl Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələrinin məlum olması barədə məlumat yayıb.
"Unikal" xəbər verir ki, Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində (“Araz”, “Xanlar Yurdu”, “Ağ Ayı”) baş verən kütləvi zəhərlənmə hadisələrinin qida zəhərlənməsi olmaması məlum olub:
“Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb. Hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub. Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.