"Netflix" platforması dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı, modelyer Viktoriya Bekhem haqda sənədli serial üzərində işləyir.

"Unikal" axsam.az-a istinadən xəbər verir ki, hələ adı açıqlanmayan layihə Viktoriyanın 90-cı illərin musiqi super ulduzundan müasir moda ustasına qədər olan səyahətindən bəhs edəcək.

Viktoriyanın özü və ailə üzvləri, eləcə də dostları və həmkarları serialda görünəcəklər.

Layihənin prodüserliyini onun əri Devid Bekhemin daha əvvəl “Bekhem” sənədli filmini çəkən "Studio 99" şirkəti edəcək.

Qeyd edək ki, Viktoriya keçmiş "Spice girls" qrupunun üzvüdür.