Alimlər müəyyən ediblər ki, bağırsaq bakteriyaları birbaşa ürək hüceyrələrinə təsir edən maddələr istehsal edir.
"Unikal" xəbər verir ki, "Nature Communications" jurnalında dərc edilən kəşf ürək-damar xəstəliklərinə qarşı yeni dərmanların əsasını təşkil edə bilər.
"Beta blokerlər ürək çatışmazlığı və hipertansiyonun müalicəsi üçün dərmanlardır. Bədənin stressə reaksiyasında əsas rol oynayan və adrenalin tərəfindən aktivləşdirilən beta-2 adrenergik reseptorlara bağlanırlar. Beta blokerlər bu aktivləşməyə mane olur, ürək döyüntüsünü yavaşlatır, qan təzyiqini və ürəyə stressi azaldır, - jurnalda dərc olunan araşdırmada qeyd olunub.
Alimlər yeni bir araşdırmada PAG maddəsinin beta-2 adrenergik reseptorları ilə qarşılıqlı təsir göstərə biləcəyini müəyyən ediblər: "Bağırsaq bakteriyaları tərəfindən istehsal olunur və qan axını ilə ürəyə çatır. Maddə ürək əzələsinin daralmasını artırır, bu da ürək çatışmazlığına səbəb ola bilər. Əvvəlki tədqiqatlar daha yüksək PAG səviyyələrinin həqiqətən xəstəliyin şiddəti ilə əlaqəli olduğunu göstərdi".
Alimlər PAG və onun ürək hüceyrələrindəki reseptorlarla qarşılıqlı təsirini hədəf alan dərmanlar hazırlamaq üzərində işləyirlər. Bu cür dərmanların daha az yan təsirləri var.
"Adrenergik reseptorlardan gələn zərərli siqnalları xüsusi olaraq bloklayan, lakin faydalı siqnalların keçməsinə imkan verən beta-bloker ürək-damar xəstəliyi riskinin müalicəsi və ya qarşısının alınması üçün tamamilə yeni bir yanaşma olardı",- deyə alimıər yekunlaşdırıblar.
Gülayə Mecid