Özbəkistanın Daşkənd şəhərinin Mirzo Uluqbek qəsəbəsində bələdiyyə sədri seçkiləri keçirilib. Sözügedən qəsəbə şəhərin infrastruktur mövcudluğu baxımından ən zəngin, iqtisadi cəhətdən qabaqçıl qəsəbələrdən biri sayılır.
"Unikal" xəbər verir ki, həmyerlimiz Qalib Müslümovun da iştirak etdiyi seçkidə 110 nəfər millət vəkillərinin nümayəndələri iştirak edib.
Seçki nəticələrinə əsasən seçicilər etimad göstərərək həmyerlimizi bələdiyyə sədri seçiblər.
Qeyd edək ki, Q.Müslümov Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi diaspor təşkilatının Daşkənd vilayəti üzrə İdarə Heyətinin sədridir. O, 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.