Oynaq hərəkətliliyi zəif olan insanlarda ölüm riski artır və kişilər xüsusilə həssasdırlar.
"Unikal" xəbər verir ki, bunu "Scandinavian Journal of Medicine & Science in Sports" jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər 46-65 yaşlı üç min insanın məlumatlarını təhlil ediblər. Onların elastikliyi yeddi oynaqda hərəkət diapazonunu nəzərə alan Flexindex şkalası ilə qiymətləndirilib. Qadınlarda orta bal 35% yüksək olub.
Orta hesabla 13 illik müşahidə dövründə 224 kişi və 78 qadında 302 ölüm qeydə alınıb.
Alimlər hesab edirlər ki, insanlar elastiklik məşqlərinə daha çox vaxt sərf etməli və müntəzəm olaraq elastiklik qiymətləndirmələrindən keçməlidirlər.
"Aerobik fitness, güc və tarazlıq əvvəllər aşağı ölüm riski ilə əlaqələndirilirdi. Biz göstərə bildik ki, bədən hərəkətliliyinin azalması da orta yaşlı kişilərdə və qadınlarda sağ qalma qabiliyyətinin aşağı olması ilə bağlıdır", - müəlliflər qeyd ediblər.
Gülayə Mecid