Mayamidə elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kompleks sakinləri şübhəli bir əşya ilə bağlı polisə xəbərdarlıq edib. Bundan sonra ərazi mühasirəyə alınıb. Məlum olub ki, mühasirəyə alınan yer İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun evidir.
Sakinlər bina administrasiyası və polis şöbəsindən şifrəli mesaj alıb və orada onlardan mənzillərində qalmaları və pəncərələrə yaxınlaşmamaları xahiş olunub. Təxminən üç saat sonra sakinlər karantinin ləğv edildiyi və mənzillərini tərk edə bildikləri barədə başqa bir mesaj aldıqlarını açıqlayıblar.
Kompleks sakinlərindən birinin İsrail telekanalına verdiyi məlumata görə, insident zamanı Netanyahunun 33 yaşlı oğlu Yair binada olmayıb.
Qurğunun kim və ya kimlər tərəfindən kompleksə qoyulduğu hələlik məlum deyil. Faktla araşdırma aparılır.
Gülayə Mecid