Belarus səfiri Pavel Utyupin Qazaxıstan Xarici İşlər Nazirliyinə dəvət olunub.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Qazaxıstan baş nazirinin müavini-xarici işlər naziri Murat Nurtleu və Utupinin görüşündə Qazaxıstan-Belarus əməkdaşlığının aktual məsələləri müzakirə olunub.
"Nazir Qazaxıstanın balanslaşdırılmış və sülhsevər xarici siyasət həyata keçirdiyini vurğulayıb. Ölkəmiz əmindir ki, dövlətlər arasında olan bütün fikir ayrılıqları siyasi-diplomatik vasitələrlə həll edilməlidir", - deyə bildirilib.
Qeyd olunub ki, hazırkı geosiyasi şəraitdə dövlət başçısının siyasəti öz səmərəliliyini sübut edib. Nazir Belarus tərəfini Astananın mövqeyini obyektiv qiymətləndirməyə çağırıb.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko müsahibəsində deyib ki, "bəzi postsovet ölkələri əvəzində heç nə vermədən Rusiyadan fayda almağa çalışırlar".
Ağarza Elçinoğlu