Belarus Təhlükəsizlik Şurasının dövlət katibi general-leytenant Aleksandr Volfoviç Ukrayna ilə həmsərhəd bölgələrə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İdarənin məlumatına görə, Belarus ordusunun oradakı bölmələri cənub sərhədlərində dövlət sərhədinin möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirir.
Avqustun 18-də Belarusun müdafiə naziri Viktor Xrenin bəyan edib ki, Ukrayna ilə sərhədi möhkəmləndirmək üçün göndərilən bir qrup qoşun artıq yerləşdirilib və Kiyevin istənilən təxribatına cavab verməyə hazırdır. Ölkənin cənubunda Qomel və Mozır istiqamətləri də gücləndiriləcək.
Avqustun 19-da Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus Ukrayna Silahlı Qüvvələrinin 120 mindən çox əsgərini, o cümlədən sərhədçilər və ərazi müdafiə qüvvələrini ələ keçirir.
Gülayə Mecid