Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, Ağdaş-Göyçay yolunun 1-ci kiometrliyində fiziki şəxs Ələkbərov Arif Mahir oğluna məxsus "Ağdaş Palace” restoranında plandankənar yoxlama aparıblar.
"Unikal" xəbər evrir ki, yoxlama zamanı ictimai iaşə müəssisəsinin anbar sahəsində qablaşdırılması və etiketlənməsində saxtalaşdırma əlamətləri olan müxtəlif saxta əmtəə nişanlı (“Beluga”, “Russkiy Standart”, “Absolut Vodka”, “Nemiroff”, “Green Drop”, “Qızıl Çar”, “Zero”, “Bison Rosol”, “Xorçitsa”, “Verba”, “ALP LİNE”, “Minsk”, “Sokrovice Belarus”, “Admiral Van Bellingham”, “Gradus”, “Zelupa”, “Russkiy Standart Platin”, “Vladinko”, “Finlandia”), ümumi sayı 309 ədəd alkoqollu içki (araq) aşkarlanıb.
İçkilərin qablaşdırmasının orijinal məhsullardan fərqləndiyi, bəzilərinin qapaq hissəsinin sonradan təkrarən bağlandığı, müxtəlif istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı bəzi içkilərin qapaqlarının eyni olduğu məlum olub. Həmçinin yoxlama zamanı həmin içkilərin qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən heç bir sənəd təqdim edilməyib.
Faktla bağlı müəssisədə aşkar olunmuş və saxtalaşdırma əlamətləri olan alkoqollu içki məhsullarının satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib, müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq lobarotoriyasına təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.