Baş prokuror Kamran Əliyev avqustun 27-də, saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəki rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.