Bəzi qidalar təbiətinə görə otaq temperaturunda saxlanmalıdır. Bu qidalar soyuducuya qoyulduqda daha tez xarab olur və sağlamlıq üçün ciddi təhlükə yaradır.

"Unikal" həmin qidaları təqdim edir:

Avokado

Hələ yetişməmiş, yəni yumşalmamış avokadoları soyuducuya qoymaq olmaz. Onun yetişməsini sürətləndirmək üçün onu qəzetə büküb saxlaya bilərsiniz. Yetişdikdən sonra bir müddət saxlamağı planlaşdırırsınızsa, daha da yumşalmaması üçün soyuducuya qoya bilərsiniz.

Qəhvə
Qəhvəni soyuducuda saxlamaq son dərəcə yanlışdır.Qəhvəni soyuducuda saxladıqda zamanla dadı pisləşir. Soyuducunun soyuqluğu və rütubəti qəhvənin həm dadını, həm də görünüşünü korlayır.

Sarımsaq
Sarımsaq orqanizm üçün şəfa mənbəyidir. Antibakterial təsirə malik olan sarımsaq soyuducuda 2 gün saxlandıqda bakteriya əmələ gətirir. Bakteriya əmələ gətirən sarımsaq sizi zəhərləyə bilər.

Kartof
Sevə-sevə istehlak etdiyiniz kartof soyuducuda saxlandıqda zəhər buraxır. Soyuducuda bir gündən çox  saxlanılan kartof xarab olur, lakin görünüşü dəyişməz qaldığı üçün fərqinə varmaya bilərik. Lakin bişmiş kartof bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Pomidor
İllərdir hər kəsin bildiyi yanlış fikirlərdən biri də pomidorun xarab olmaması üçün soyuducuya qoyulmasıdır. Əslində pomidor soyuducuya qoyulduqda soyuq səbəbindən onun üzvi quruluşu pozulur. Qabıqları qırışan pomidorlarda bakteriya əmələ gəlməyə başlayır və istehlak edilən pomidorlar həzm xəstəliklərinə səbəb olur.

Bal, mürəbbə və şirniyyatlar
Bal, mürəbbə, şokolad kimi qidaları soyuducuda saxlamaq olduqca yanlışdır. Çünki bu qidalar soyuducuya daxil olduqda öz üzvi xüsusiyyətlərini tamamilə itirir. Xüsusilə bal, mürəbbə kimi məhsulların axıcılığı pozulur.

Çörək
Çörəyi soyuducudan daha tez qurudan bir şey yoxdur. Soyuq hava çörəyin bərkiməsinə və saqqızlaşmasına səbəb olur. Əgər sendviçinizi soyuducuda saxlamaq istəyirsinizsə,bu istisnadır. 

Fıstıq əzməsi
Fıstıq yağını soyuducuda saxlamaq onun sərtləşməsinə və dadının dəyişməsinə səbəb olur. Həmçinin, soyuqla bağlı fıstıq yağının tərkibində kifayət qədər konservantlar olduğundan, onu soyuducuya qoymağa ehtiyac yoxdur.

Şokolad
Şokoladları soyuducuda saxlayanlar olsa da, şokoladların soyuducuya qoymağa ehtiyac yoxdur. Əksinə, soyuducunun soyuqluğu şokoladın teksturasını poza bilər. Otaq temperaturunda yeyildikdə şokoladın ətirini və dadını daha yaxşı hiss edirsiniz. Əgər temperaturu əriməyə səbəb olmursa, şokoladları çöldə saxlamaq daha yaxşıdır.

Ketçup, xardal
Ketçup və xardalda qoruyucu kimi fəaliyyət göstərən turşular var. Bu səbəbdən onları soyuducuda saxlamaq lazım deyil. Xüsusilə xardalın saxlama müddəti olduqca uzun olur.

Zərifə Nağıyeva