Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Yasamal rayonunda “КамАЗ” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.