Türkiyənin ATR-72 dəniz patrul təyyarəsi və türk helikopterinin Yunanıstan hava məkanını pozub.
"Unikal" xəbər verir ki, bu barədə "Yunan City Times" nəçri məlumat yayıb.
"Təyyarə məcburi uçuş planını təqdim etmədən Afina uçuş məlumat zonasına daxil olub ki, bu da beynəlxalq aviasiya qaydalarının pozulması deməkdir", - Yunan mediası vurğulayır.
Yunanıstan Milli Müdafiə Baş Qərargahı avqustun 12-dən 17-dək, eləcə də 19 və 20 avqust tarixlərində eyni bölgədə gündəlik hava məkanı pozuntularını qeydə alıb.
Bu pozuntulara Türkiyənin dəniz patrul təyyarələri, o cümlədən CN-235 və ATR-72 modelləri və Türkiyənin pilotsuz uçuş aparatları (PUA) aiddir.
Gülayə Mecid