Tailandın paytaxtı Banqkok yaxınlığında 9 nəfəri daşıyan təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib. 

Səlahiyyətlilərin bildirdiyinə görə, qəza nəticəsində iki Tailand pilotu, həmçinin təyyarədə olan beş Çin və iki Tailand sərnişini həlak olub.

Çaçoenqsao əyalətinin hökumət rabitə departamentinin məlumatına görə, kiçik təyyarə yerli vaxtla saat 14:46-da Banqkokun əsas beynəlxalq hava limanından havaya qalxaraq şərqdəki Trat əyalətindəki hava limanına doğru hərəkət edib.