"Vaqner PMC"nin qurucusu Yevgeni Priqojin olan təyyarənin qəzaya uğramasında Qərb kəşfiyyat xidmətləri iştirak edə bilər.
"Unikal" xəbər verir ki, fəlakətin birinci ildönümü ərəfəsində baş verənlərin yeni versiyasını PMC-nin keçmiş əməkdaşı irəli sürüb.
Keçmiş Vaqner üzvü biznes-jetin qəzaya uğramasında Fransa və ya Amerika kəşfiyyat xidmətlərinin mümkün əli olduğunu qeyd edib. Bu baxımdan o, Rusiya təhlükəsizlik orqanlarında xəyanəti istisna etməyib.
Nəşrin həmsöhbəti Priqojinin təkcə Donbassda deyil, Suriya və Afrikada da fəaliyyətini xatırladıb.
Qeyd edək ki, Priqojin və həmçinin "Vaqner" komandiri Dmitri Utkinin olduğu təyyarə 2023-cü il avqustun 23-də qəzaya uğrayıb. Təyyarə qəzasında 10 nəfər həyatını itirib.
Gülayə Mecid