Rusiya Federal Penitensiar Xidmətin Volqoqrad vilayəti üzrə 19 saylı cəzaçəkmə müəssisəsində intizam komissiyasının iclası zamanı məhkumlar həbsxana işçilərini girov götürüblər.

"Unikal" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

"Hazırda girovların azad edilməsi üçün tədbirlər görülür. Ölənlər var", - məlumatda deyilir.

Bildirilir ki, 4 FSIN əməkdaşı ölüb, daha bir neçə nəfər yaralanıb.

İlkin məlumatlara görə, həbsxananı 4 nəfər ələ keçirib. Hücum edənlərin İŞİD üzvü olduqları bildirilib. 

***14:45

Volqoqradın 19 saylı cəzaçəkmə müəssisəsində məhbuslar işçiləri girov götürüblər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Hadisə yerindən çəkilmiş videoda iğtişaşçılar özlərini islamçı elan ediblər. Məlumata görə, insident zamanı 4 polis ölüb, yaralananlar var. 

Gülayə Mecid