Türkiyədə səhhəti pisləşən Ermənistan vətəndaşı hava yolu ilə Ermənistana aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlayıb.
Proses Ermənistan və Türkiyə tərəflərinin əməkdaşlığı ilə baş tutub: "Ermənistan XİN Türkiyə XİN ilə əlaqə saxlayıb və xəstənin hava ilə daşınması üçün bütün lazımi tədbirlər tez bir zamanda təşkil edilib".
Ağarza Elçinoğlu