Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ararat Mirzoyan Seyid Abbas Əraqçini xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona yeni mühüm missiyasında uğurlar arzulayıb.
Həmsöhbətlər Ermənistan və İran arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Mirzoyan bildirib ki, Ermənistan tərəfi ölkənin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı İran Respublikasının qəti mövqeyini yüksək qiymətləndirir.
Ağarza Elçinoğlu