Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına 2024-cü il üzrə qəbul marafonu uğurla yekunlaşıb.  

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, Polis Akademiyası 2024-2025-ci il üçün 500 nəfər kursantı qəbul edib. 

Daxili işlər orqanlarında təhsilə və xidmətə yararlılığı nəzərə alınaraq seçilən 2250 namizəddən 500 nəfər Akademiyanın “Hüquqşünaslıq” ixtisasına qəbul olub. 

Keçid balı 451,9 olub ki, bu da ötən tədris ili ilə müqayisədə tələbə qəbulunun 200 nəfər artırılmasına baxmayaraq keçid balı 12,6 bal yüksəlib. Ən yüksək nəticə 665,7 bal olub, abituriyentlərdən 50 nəfəri 600-dən (ötən illə müqayisədə 36 nəfər çox) yuxarı bal toplayıb. 

Hal-hazırda bütün kursantlar Akademiyaya dəvət olunub və tədris başlayana qədər onların hazırlıq mərhələsinə başlanılıb.