Təl-Əvivdə İsrailin Arxa Cəbhə İdarəsinin göstərişi ilə ictimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər merinin müşaviri İlana Mixaeli bildirib.
“Şəhərdə 240 bomba sığınacağı açılıb, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib. Lazım gəlsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”, - o deyib.